- Avroliqa
- 01:30 23.10.2026
UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Türkiyənin “Beşiktaş” klubu İngiltərə təmsilçisi “Kristal Pelas”ı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Avropa Liqasına “Marsel” və “Hoffenhaym” üzərində qələbələrlə başlayan İstanbul təmsilçisi turnirin üçüncü matçında ilk xal itkisi ilə üzləşib.
Görüşün 78-ci dəqiqəsində Ümit Akdağ qırmızı vərəqə alaraq meydandan qovulub və “Beşiktaş” azlıqda qalıb.
Bu nəticədən sonra Türkiyə klubu xallarının sayını 7-yə çatdırıb.
“Beşiktaş” növbəti turda səfərdə Şotlandiyanın “Seltik” komandası ilə qarşılaşacaq.