5 noyabr 2026. Cümə axşamı

Spaletti “Yuventus”un heyətində rotasiya edəcəyini açıqlayıb


  • Avroliqa
  • 23:59 04.11.2026
  • Oxunma sayı: 35
Spaletti “Yuventus”un heyətində rotasiya edəcəyini açıqlayıb

“Yuventus”un baş məşqçisi Luçano Spaletti Niderlandın AZ klubu ilə Avropa Liqası matçı öncəsi mətbuat konfransında iştirak edib.

90deqiqe.Az xəbər verir ki, Spaletti "Sky Sport Italia"ya açıqlamasında komandasının son oyunda vacib reaksiya nümayiş etdirdiyini bildirib:

“Komanda son matçda vacib cavab verdi. Ola bilsin ki, futbolçular hər şeyin həqiqətən özlərindən asılı olduğunu anladılar və bu, onlara əlavə inam qazandırdı”.

İtaliyalı mütəxəssis start heyəti ilə bağlı da məlumat verib:

“Təsdiq edə bilərəm ki, Sar və Kelli oyuna ilk dəqiqələrdən başlayacaqlar. Bundan əlavə, hücum xəttində rotasiya etməyimiz mütləqdir”.

Qeyd edək ki, Ueston Makkenni əzələ problemi səbəbindən qarşılaşmanı buraxacaq. Kenan Yıldız, Manuel Lokatelli, Fransişku Konseysau, Niko Qonsales, Zeki Çelik, Kamil Qrabara və Kefren Türam da oyunda iştirak edə bilməyəcəklər.







Avroliqa