- Avroliqa
- 23:57 05.11.2026
UEFA Avropa Liqasının əsas mərhələsinin IV turunda İtaliyanın “Milan” klubu Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Milanda yerləşən “San-Siro” stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçı isveçrəli hakim Urs Şnider idarə edib.
Qarşılaşmada hesab 52-ci dəqiqədə açılıb. Qonaqların hücumçusu Lenni Jozef fərqlənib. O, 66-cı dəqiqədə dubl edərək komandasının üstünlüyünü möhkəmləndirib.
“Ferentsvaroş”un futbolçusu Bamidele Yusif 77-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra “Ferentsvaroş”un xalları 12-yə çatıb. “Milan” isə 3 xalla kifayətlənib.
Növbəti turda İtaliya təmsilçisi “Olimpiakos”la, Macarıstan klubu isə “Sele” ilə qarşılaşacaq.