- Avroliqa
- 23:57 05.11.2026
UEFA Avropa Liqasının əsas mərhələsində İspaniyanın “Real Sosyedad” və Fransanın “Lion” komandaları arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
90deqiqe.Az xəbər verir ki, qarşılaşmada hər iki komanda bir dəfə fərqlənib.
Matçın 28-ci dəqiqəsində Orri Oskarssonun vurduğu qol meydan sahiblərini önə keçirib. İlk hissə “Real Sosyedad”ın minimal üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra fəallaşan Fransa təmsilçisi 54-cü dəqiqədə hesabı bərabərləşdirib. Korenten Tolisso komandasının bərabərlik qoluna imza atıb.
Qarşılaşmanın qalan dəqiqələrində tərəflər qələbə qolunu vurmağa çalışsalar da, hesab dəyişməyib və komandalar hərəyə bir xalla kifayətləniblər.