6 noyabr 2026. Cümə

“Kristal Pelas” son dəqiqələrdə məğlubiyyətdən xilas olub


  • Avroliqa
  • 23:57 05.11.2026
  • Oxunma sayı: 63
“Kristal Pelas” son dəqiqələrdə məğlubiyyətdən xilas olub

İngiltərənin “Kristal Pelas” klubu UEFA Avropa Liqasının əsas mərhələsində Almaniyanın “Hoffenhaym” komandası ilə heç-heçə edib.

90deqiqe.Az xəbər verir ki, Londonda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Görüşdə hesabı 7-ci dəqiqədə qonaqlar açıblar. Aleksander Prass “Hoffenhaym”ı önə keçirib.

“Kristal Pelas”ın vəziyyəti 77-ci dəqiqədə daha da çətinləşib. Komandanın futbolçusu Adam Uorton qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Buna baxmayaraq, azlıqda qalan meydan sahibləri son dəqiqələrdə hesabı bərabərləşdirməyə nail olublar. Daiti Kamada matçın əsas vaxtına əlavə edilmiş ikinci dəqiqədə fərqlənərək komandasına bir xal qazandırıb.

Beləliklə, komandalar görüşdən hərəyə bir xalla ayrılıblar.







Avroliqa