- Avroliqa
- 00:19 27.11.2026
Almaniyanın “Bayer” klubu UEFA Avropa Liqasının Liqa mərhələsində səfərdə Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, görüş Leverkuzen təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Almaniya klubu qarşılaşmanın taleyini ilk hissədə həll edib.
Matçda hesab artıq 10-cu dəqiqədə açılıb. Malik Tillman rəqib qapısına yol taparaq “Bayer”i önə keçirib.
Birinci hissəyə əlavə olunmuş ilk dəqiqədə isə Carell Kuansa fərqi iki topa çatdırıb.
İkinci hissədə hesabı dəyişmək üçün səy göstərən “Dinamo” buna nail ola bilməyib. Beləliklə, “Bayer” Zaqrebdən üç xalla qayıdıb.