- Avroliqa
- 02:25 27.11.2026
UEFA Avropa Liqasının Liqa mərhələsində İtaliyanın “Yuventus” klubu Kipr təmsilçisi “Omoniya”nı 4:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmada hesabı 16-cı dəqiqədə qonaqlar açıblar. Lubomir Şatka fərqlənərək “Omoniya”nı önə keçirib.
Lakin Turin təmsilçisi 37-ci dəqiqədə Andrea Kambyazonun qolu ilə hesabı bərabərləşdirib. Birinci hissənin başa çatmasına iki dəqiqə qalmış Ceff Ehatordan gələn qol “Yuventus”u hesabda önə çıxarıb – 2:1.
İkinci hissədə də üstünlüyünü davam etdirən İtaliya klubu 68-ci dəqiqədə Şiko Konseysaunun qolu ilə fərqi artırıb. Matçda son nöqtəni isə Jeremi Boqa qoyub.
Beləliklə, “Yuventus” rəqibini 4:1 hesabı ilə məğlub edərək Liqa mərhələsində növbəti qələbəsini qazanıb.