- Avroliqa
- 02:25 27.11.2026
UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərənin “Kristal Pelas” klubu doğma meydanda İspaniya təmsilçisi “Real Sosyedad”a 2:1 hesabı ilə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmada hesabı 66-cı dəqiqədə qonaqlar açıblar. Mamadu Sarr fərqlənərək İspaniya klubunu önə keçirib.
Lakin 72-ci dəqiqədə Xon Martin qırmızı vərəqə alaraq “Real Sosyedad”ı azlıqda qoyub. Bundan cəmi bir dəqiqə sonra “Kristal Pelas” say üstünlüyündən yararlanıb. Jan-Filipp Mateta penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Matçın 82-ci dəqiqəsində Duayt Maknil İngiltərə klubunun ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 2:1.
Beləliklə, “Kristal Pelas” geridə olduğu qarşılaşmada əzmkar qələbə qazanaraq üç xalı aktivinə yazdırıb.