27 noyabr 2026. Cümə

“Marsel” – “Levski” matçından əvvəl azarkeşlər arasında qarşıdurma - 5 nəfər xəstəxanaya yerləşdirildi


  • Avroliqa
  • 02:10 27.11.2026
  • Oxunma sayı: 66
“Marsel” – “Levski” matçından əvvəl azarkeşlər arasında qarşıdurma  - 5 nəfər xəstəxanaya yerləşdirildi
Rəsmi

UEFA Avropa Liqasının oyunu öncəsi Fransanın “Marsel” və Bolqarıstanın “Levski” klublarının azarkeşləri arasında qarşıdurma yaşanıb.

90deqiqe.Az-ın “RTL” telekanalına istinadən məlumatına görə, insident nəticəsində “Levski”nin beş azarkeşi xəstəxanaya yerləşdirilib, daha altı nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Qarşılaşmanın başlamasına təxminən 10 dəqiqə qalmış “Marsel”in bir qrup azarkeşi qonaq komandanın təxminən 500 tərəfdarının olduğu sektora daxil olub. Qarşıdurma zamanı Bolqarıstan klubunun azarkeşlərinə fişənglər atılıb.

Təhlükəsizlik əməkdaşları vəziyyəti nəzarətə götürərək asayişi bərpa ediblər və matç planlaşdırıldığı vaxtda başlayıb. Lakin fasilə zamanı tribunlarda yenidən qarşıdurma baş verib.

Qeyd edək ki, qarşılaşma “Marsel”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.







Avroliqa