28 noyabr 2026. Şənbə

UEFA iki Avropa Liqası matçında baş verən insidentlərlə bağlı araşdırma başladıb


  • Avroliqa
  • 18:41 27.11.2026
  • Oxunma sayı: 68
UEFA iki Avropa Liqası matçında baş verən insidentlərlə bağlı araşdırma başladıb
Anadolu Ajansı

UEFA Avropa Liqasının V turunda keçirilən “Marsel” – “Levski” və “Beşiktaş” – “Hapoel” matçlarında baş verən azarkeş iğtişaşlarına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, “Marsel”in 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə fransalı azarkeşlərin bolqarıstanlı tərəfdarlara hücum etdiyi bildirilir. Hadisə nəticəsində 10-dan çox “Levski” azarkeşi xəsarət alıb.

Batumidə baş tutan və “Beşiktaş”ın 2:1 hesablı qələbə qazandığı qarşılaşmada isə azarkeşlərlə Gürcüstan polisi arasında qarşıdurma yaşanıb.

UEFA baş verənləri qətiyyətlə pisləyərək futbol matçlarında zorakılıq, aqressiya, nifrət, ayrı-seçkilik və ekstremist davranışların qəbuledilməz olduğunu vurğulayıb.

Qurum hər iki qarşılaşma ilə bağlı intizam araşdırmasının aparılması məqsədilə etika və intizam məsələləri üzrə müfəttişlər təyin edib. Araşdırma zamanı hadisələrin bütün təfərrüatları və mövcud sübutlar nəzərdən keçiriləcək.







Avroliqa