15 dekabr 2025. Bazar ertəsi

APOEL - "Qarabağ" oyununda 5 min yunan bayrağı


  • Avroliqa
  • 21:05 01.11.2019
  • Oxunma sayı: 543
APOEL - "Qarabağ" oyununda 5 min yunan bayrağı

Avropa Liqasının 4-cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununda tribunalarda yunan bayraqları yer alacaq.

Corner.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, adının açıqlanmasını istəməyən sponsor tərəfindən 5 min bayraq təşkil olunacaq. Həmin bayraqlar görüşün oynanılacağı GSP stadionuna aparılacaq.

Qeyd edək ki, APOEL - "Qarabağ" görüşü noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Xatırladaq ki, "Qarabağ"ın Kipr təmsilçisini qəbul etdiyi 3-cü tur oyununda  (2:2) Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarına 30 min Azərbaycan bayrağı düzülmüşdü.







Avroliqa