23 oktyabr 2024. Çərşənbə

Diqqətimizi bu oyuna yönəltməliyik - Tomas Doll


  • Avroliqa
  • 11:14 03.11.2019
  • Oxunma sayı: 394
Diqqətimizi bu oyuna yönəltməliyik - Tomas Doll
Qarabağ'ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan APOEL-in baş məşqçisi Tomas Doll Kipr çempionatının 8-ci turunda AEK-lə qarşılaşdığı oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, almaniyalı mütəxəssis oyunu belə şərh edib:
 
“Yaxşı oyun göstərdik. Futbolçular bütün gücünü qoydu. İndi daha yaxşı olduğumuzu görə bilərsiniz. Komandadakı inkişafı görürəm. Futbolçuların mübarizəsindən razı qaldım, amma nəticədən məmnun deyiləm.
 
Pis oynadığımızı düşünmürəm. APOEL və AEK kimi komandaların öndə olduğunu nəzərə alsaq, cəsur futbol baş tutdu. Bütün futbolçular savaşdı. Futbolda dürüst olmaq lazımdı. Hər şeydən narazı olmayın. Cümə axşamı Avropa Liqasında vacib oyunumuz var, diqqətimizi bu oyuna yönəltməliyik”.
 
APOEL Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la qarşılaşacaq. Qarşılaşma noyabrın 7-də Nikosiyada keçiriləcək.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi