5 dekabr 2025. Cümə

Torreira Qarabağ'a qarşı oynamayacaq


  • Avroliqa
  • 22:12 10.12.2018
  • Oxunma sayı: 749
Torreira Qarabağ'a qarşı oynamayacaq

Arsenal'ın daha bir futbolçusu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun Qarabağ'la matçında iştirak etməyəcək.

Corner.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, İngiltərə təmsilçisinin uruqvaylı futbolçusu Lucas Torreira Qarabağ'la matçda iştirak etməyəcək.Topçuların baş məşqçisi Unai Emery bu mövsüm əla təsir bağışladığı üçün gənc futbolçuya istirahət verməyi planlaşdırır.Uruqvaylı futbolçunun yerinə isə zədəsini sağaldan Mesut Özil'in oyuna çıxacağı gözlənilir.

Qeyd edək ki,  Arsenal stadionundakı matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.








Avroliqa