"Qarabağ" sabah gedir - Komandada son durum
-
Avroliqa
-
14:26 04.11.2019
-
Oxunma sayı: 447
“Qarabağ” Avorliqanın qrup mərhələsinin 4-cü turunda səfərdə APOEL-in qonaq olacaq.Corner.az xəbər verir ki, Ağdam klubu Kipr təmsilçisi ilə oyun üçün sabah paytaxt Nikosiyaya yola düşəcək. Komandanın son durumu ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrarimova müraciət etdik.O, bildirdi ki, zədəsini sağaldan ispaniyalı yarımmüdafiəçi Xayme Romero APOEL-lə oyunda komanda ilə birgə olacaq: "Mahirin bir müddət meydanlardan uzaq qalacağı ehtimal olunur. Xayme Romero komandayla artıq 3 məşqə çıxıb. Oynayıb-oynamaycağına matç günü baş məşqçi qərar verəcək. Zədələrin sağaladan Faysal Rerras və Abbas Hüseynov da heyətdə olacaq. Ozobiç isə fərdi məşqlər edir. Cəzalı futbolçumuz yoxdur”.Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.