23 oktyabr 2024. Çərşənbə

APOEL-in iki futbolçusu Qarabağ'la oyunu buraxacaq


  • Avroliqa
  • 11:07 05.11.2019
  • Oxunma sayı: 457
APOEL-in iki futbolçusu Qarabağ'la oyunu buraxacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”ı qəbul edəcək Kiprin APOEL komandasının zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Corner.az “Thema Sports”a istinadən xəbər verir ki, zədəlilərdən biri - Antonio Yakoliş tam sağalıb. Baş məşqçi Tomas Doll xorvatiyalı yarımmüdafiəçinin xidmətindən yararlana biləcək.

Lakin argentinalı yarımmüdafiəçi Tomas de Vinsenti və sloveniyalı hücumçu Roman Bezyak Azərbaycan təmsilçisi ilə görüşü buraxacaqlar. Onların bərpa prosesi davam edir.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi