23 oktyabr 2024. Çərşənbə

“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”


  • Avroliqa
  • 13:09 06.11.2019
  • Oxunma sayı: 454
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
APOEL-in sabiq futbolçusu Kostas Malekkos Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la oyunöncəsi Kipr klubunun şanslarını dəyərləndirib.
Corner.az Kipr mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis azarkeşlərin dəstəyinin vacib olduğunu və APOEL-in qələbəsinin əhəmiyyətini xatırladıb:
“Bütün Kipr sabah APOEL-i dəstəkləməlidir. Azarkeşlərin stadionu doldurmamsı kluba qarşı ədalətsizlik olar. Çünki APOEL ölkəni Çempionlar Liqasında iki klubun təmsil etməsinə yol aça bilər. APOEL-in Azərbaycanda xal aldıqdan sonra bu oyunda “Qarabağ”a qalib gəlməməsi intihar olar. Məncə,  “Qarabağ”la oyunu ağıllı və təmkinlə dəyərləndiriləcək”.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.





Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi