23 oktyabr 2024. Çərşənbə

Əsas hədəfimiz üç xaldır - Hallenius


  • Avroliqa
  • 20:51 06.11.2019
  • Oxunma sayı: 448
Əsas hədəfimiz üç xaldır - Hallenius

"Eyni komanda ilə tez-tez oynamaq adi hal deyil. İndiyə qədər üç fərqli nəticə əldə etdik. Onların necə oynadığını və bizim necə oynamaq istədiyimizi bilirik. Fərqli oyun olacaq".

Corner.az-ın məlumatına görə, bu sözləri APOEL-in futbolçusu Linus Hallenius Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Oynadığım zaman həmişə qol vurmaq istəyirəm. Bu, komandaya kömək etmək üçün hücumçunun işidir. Əsas hədəfimiz üç xaldır. Kimin nə qədər qol vuracağı önəmli deyil" - deyə o bildirib.

L.Hallenius qarşılaşma öncəsi azarkeşlərə də səslənib: "Ümid edirəm ki, bizi dəstəkləməyə çoxlu azarkeş gələcək. Onların dəstəyini gözləyirik".







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi