- Avroliqa
- 01:59 28.11.2025
“Arsenal” ciddi itki ilə üzləşib.
Corner.az xəbər verir ki, 'topçular'ın futbolçusu Dani Sebalyos sıradan çıxıb.
İspaniyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Gimaraeş”lə oyununda zədələnib. 23 yaşlı futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, “Gimaraeş” - "Arsenal" matçı 1:1 hesabı ilə yekunlaşıb.