- Avroliqa
- 21:00 11.11.2024
Beşiktaş'ın baş məşqçisi Abdullah Avcı Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Braqa" ilə bugünkü cavab oyununda iştirak etməyəcək.
Corner.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, 56 yaşlı mütəxəssis səhhətindən problemlər səbəbindən Portuqaliyaya getməyib. Dünən komanda ilə sözügedən ölkəyə getməyən baş məşqçi yenidən tibbi müayinədən keçib və onun səhhətində irəliləyiş olmadığı məlum olub.
"Beşiktaş"ı "Braqa" ilə matça komandanın məşqçisi Receb Uçarın çıxaracağı bildirilib.