- Avroliqa
- 01:59 28.11.2025
Avropa Liqasının qrup mərhələsində hazırda səfərdə APOEL-in qonağı olan “Qarabağ” ciddi itki ilə üzləşib.
Corner.az xəbər verir ki, matçın 15-ci dəqiqəsində komandanın əsas futbolçularından olan Dani Kintana ayağından zədələnib. Oyunu davam etdirə bilməyən ispaniyalı yarımmüdafiəçi Maqaye Qeye ilə əvəzlənib.
Qeyd edək ki, görüşün 10-cu dəqiqəsində Maksim Medvedevin vurduğu qolun ötürməsini məhz Kintana verib.