- Avroliqa
- 21:00 11.11.2024
Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunlarına start verilib.
Corner.az xəbər verir ki, turnirdə ölkəmizin yeganə təmsilçisi “Qarabağ” səfərdə APOEL-in qonağı olub.
Qurban Qurbanovun yetirmələri hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Nikosiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bununla da xalını 4-ə çatdıran APOEL "Qarabağ"ı üstələyərək 2-ci pilləyə yüksəlib.
A qrupunun digər oyununda “Sevilya” (İspaniya) səfərdə “Düdelanj”ı (Lüksemburq) 5:2 hesabı ilə məğlub edib.
7 noyabr
Avropa Liqası
A qrupu
APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) - 2:1
Qol: Maksim Medvedev, 10 (0:1), Lukas Souza, 59 (1:1), İoannu, 88 (2:1)
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu
“Düdelanj” (Lüksemburq) - “Sevilya” (İspaniya) - 2:5
Qollar: Dabbur, 18 (0:1), Əl Həddadi 27 (0:2), 33 (0:3), Dabbur, 36 (0:4), Əl Həddadi, 67 (0:5), Sinani, 69 (1:5), 80 (2:5)
1. | Sevilya | 4 | 4 | 0 | 0 | 12:2 | 12 |
2. | APOEL | 4 | 1 | 1 | 2 | 7:8 | 4 |
3. | Qarabağ | 4 | 1 | 1 | 2 | 7:8 | 4 |
4. | Düdelanj | 4 | 1 | 0 | 3 | 7:15 | 3 |