- Avroliqa
- 21:00 11.11.2024
“Bizim üçün çox yaxşı qələbədir. Bu qalibiyyətdən sonra irəli baxa bilirik. Hər şey özümüzdən asılıdır”.
Corner.az xəbər verir ki, bunu Kiprin APOEL komandasının futbolçusu Musa əl-Tamari UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
22 yaşlı iordaniyalı hücumçu qrupdan çıxmaq baxımından önəmli nəticəyə imza atdıqlarını vurğulayıb: “Çox çətin matç olsa da, bacardıq. Bu qələbə qrupdakı vəziyyətimizi yaxşılaşdırdı. Növbəti mərhələyə adlamaq üçün məhsuldarlığımızı daha da artırmalıyıq. Bundan ötrü çox çalışmalıyıq”.
Qeyd edək ki, 12 xalla A qrupunun lideri olan İspaniyanın “Sevilya” komandası 1/16 finala vəsiqəni erkən təmin edib. APOEL və “Qarabağ” 4 xalla növbəti iki pilləni bölüşürlər. Son sıradakı Lüksemburq “Düdelanj”ının 3 xalı var.
“Qarabağ” noyabrın 28-də “Sevilya”nın qonağı olacaq. Dekabrın 12-də isə “Düdelanj”ı qəbul edəcək.(report)