Slovakiyanın "Slovan" (Bratislava) klubunun futbolçusu Kenan Bayriç Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vulverhempton"la matçda ağır zədə alıb.
Corner.az-ın məlumatına görə, görüşün 78-ci dəqiqəsində rəqib futbolçu Raul Ximenes 24 yaşlı müdafiəçinin başına zərbə endirib. Zərbənin təsirindən sloveniyalı futbolçunun beyni silkələnib. Hadisədən sonra Bayriç dərhal xəstəxanaya aparılıb. O, gecəni müşahidə altında qalıb və Slovakiyaya qayıda bilməyib.
Komandanın baş məşqçisi Yan Kozak oyundan sonra mətbuat konfransında futbolçunun başından aldığı travmanın ciddi olduğunu bildirin.
Qeyd edək ki, qarşılaşma "Vulverhempton"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün sonlarında fərqlənən Raul Ximenes qoldan sonra Kenan Bayricdən üzr istəyib.