23 oktyabr 2024. Çərşənbə

AL: Qarabağ'a qol vuran futbolçu rəmzi komandada - FOTO


  • Avroliqa
  • 13:57 08.11.2019
  • Oxunma sayı: 472
AL: Qarabağ'a qol vuran futbolçu rəmzi komandada - FOTO

UEFA Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun rəmzi komandasını açıqlayıb.

Corner.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, "11-lik" "FedEx" şirkətinin indekslərinə əsasən məlum olub.

Səfərdə APOEL-ə 1:2 hesabı ilə uduzan "Qarabağ"dan heç bir futbolçu simvolik komandaya düşə bilməyib. Əvəzində rəqibin heyətində ilk qola imza atan Lukas Silva rəmzi heyətdə yer alıb.

Rəmzi "11-lik": Giderius Arlauskis ("ÇFR Kluj") - Reynhold Ranftl (LASK), Lyuis Lopes, Sebastyan Korçia (hər ikisi "Espanyol"), Zinho Vanheuzden ("Standard") - Ussama İdrissi ("Alkmar"), Esteban Qranero, Oskar Melendo (Espanyol), Lukas Souza (APOEL) - Munir, Munas Dabbur (hər ikisi "Sevilya").








Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi