"Bizim məqsədimiz qrupda birinci olmaq idi. Bunu da bacardıq. Lakin "Qarabağ"a hörmətlə yanaşırıq".
Corner.az-ın məlumatına görə, bu sözləri Arsenal'ın baş məşqçisi Unai Emery Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda sabah Qarabağ'la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis Ağdam klubu ilə görüşdə daha çox gənc futbolçulara şans vercəyini bildirib: "Bəzi gənc futbolçularla oynayacağıq. Hansı ki, onların 23 yaşı tamam olmayıb. Koscielny'də sabah meydanda olacaq. Uzun müddət zədədən əziyyət çəkdiyi üçün oyun təcrübəsi qazanmasını istəyirəm. Onun fiziki formasını görməliyik ki, həftə sonu Southampton'la Premyer Liqa matçında meydana çıxıb-çıxmayacağına qərar verə bilək".
Emery komandanın liderlərindən olan Məsut Özilin sabahkı görüşdə meydanda olacağını da qeyd edib: "Özil komanda ilə birlikdədir. 18-likdə yer alacaq. Ancaq meydana ilk dəqiqədən və ya sonra daxil olacağına qərar verəcəyik".(qol.az)