23 oktyabr 2024. Çərşənbə

Qarabağ İspaniyaya yollandı


  • Avroliqa
  • 16:12 26.11.2019
  • Oxunma sayı: 393
Qarabağ İspaniyaya yollandı

"Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Sevilya" ilə oyun üçün İspaniyaya gedib.

Corner.az-ın məlumatına görə, Ağdam təmsilçisi saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Sevilyaya yollanıb. Komandanı 6,5 saatlıq uçuş gözləyir.

Sabah Bakı vaxtı ilə saat 21:40-a baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan 20 dəqiqə sonra komandanın açıq məşqi olacaq.

Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 24:00-da başlayacaq. "Qarabağ"ın Bakıya dönüşü noyabrın 29-na nəzərdə tutulub. Komanda saat 21:00-da Vətənə çatmalıdır.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi