23 oktyabr 2024. Çərşənbə

Artıq səmada Qarabağ'ın yaşatdığı qorxu görünür - İspaniya mətbuatı


  • Avroliqa
  • 11:43 27.11.2019
  • Oxunma sayı: 457
Artıq səmada Qarabağ'ın yaşatdığı qorxu görünür - İspaniya mətbuatı
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Yuventus”a məğlub olan (0:1) “Atletiko” növbəti mərhələyə vəsiqə qazanmaq işini çətinə salıb.

Corner.az xəbər verir ki, qrupda 7 xalla 2-ci olan Madrid klubunun növbəti turda büdrəməsi turnirlə vidalaşmağına səbəb ola bilər.

6 xalla qrup üçüncüsü olan “Bayer” son turda “Yuventus”a qalib gəlsə və “Atletiko” “Lokomotiv Moskva ” ilə görüşdə xal itirsə, Madrid təmsilçisi ÇL-də mübarizəni dayandıracaq.

Bununla bağlı yazan İspaniya mətbuatı  2017-18 mövsümündə “Qarabağ”ın “Atletiko”ya yaşatdıqlarını xatırladıb: “Turindəki məğlubiyyət o deməkdir ki, “Atletiko”un qrupdan çıxması çətinləşib. Komandanın növbəti tur “Lokomotiv”lə oyunda büdrəməsi Çempionlar Liqası ilə vidalaşmağına səbəb ola bilər. Artıq səmada “Qarabağ”ın yaşatdığı qorxu görünür”.

Xatırladaq ki, 2017-18 mövsümündə "Qarabağ"la hər iki görüşdə heç-heçə edən "Atletiko" qrupda 3-cü yeri tutaraq Çempionlar Liqası ilə vidalaşmışdı.





Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi