- Avroliqa
- 01:59 28.11.2025
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Sevilya"nın qonağı olacaq "Qarabağ"da oyunöncəsi zədəli futbolçuların son durumu müəyyənləşib.
Corner.az xəbər verir ki, Mahir Emreli və Dani Kintana sözügedən görüşə tam hazırdırlar. Maksim Medvedevin isə "Sevilya" ilə matçda meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq. Həkimlərin rəyi müsbət olsa, 30 yaşlı müdafiəçi Ağdam təmsilçisinə kömək edə biləcək.
Qeyd edək ki, “Sevilya” – “Qarabağ” oyunu noyabrın 28-də baş tutacaq.