16 dekabr 2025. Çərşənbə axşamı

Başakşəhər - Roma matçında xoşagəlməz hadisə


  • Avroliqa
  • 23:50 28.11.2019
  • Oxunma sayı: 568
Başakşəhər - Roma matçında xoşagəlməz hadisə
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən “Başakşəhər” (Türkiyə) - “Roma” (İtaliya) oyununda xoşagəlməz hadisə baş verib.

Corner.az xəbər verir ki, İstanbulda keçirilən qarşılaşmanın 53-cü dəqiqəsində qonaq komandanın futbolçusu Lorenso Pelleqrini künc zərbəsini yerinə yetirərkən azarkeşlərdən biri ona yad əşya atıb.
 
Gözlənilməz hadisə nəticəsində italiyalı futbolçunun başı yarılıb. Bunu görən görüşün baş hakimi oyunu dayandırmaq məcburiyyətində qalıb. Ancaq Pelleqrininin başına sarğı qoyulduqdan sonra matç yenidən bərpa edilib.
 
Qeyd edək ki, hazırda “Roma” bu oyunda 3:0 hesabıyla öndədi.






Avroliqa