16 dekabr 2025. Çərşənbə axşamı

Millimizin üzvü Volfsburqa qarşı oynadı


  • Avroliqa
  • 00:50 29.11.2019
  • Oxunma sayı: 446
Millimizin üzvü Volfsburqa qarşı oynadı

Millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” ilə növbəti oyuna çıxıb.

Corner.az-ın məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Volfsburq"la  oyunda iştirak edib. Sözügedən qarşılaşmada qonaq komanda 1:0 hesabı ilə qələbə qazanıb. Millimizin müdafiəçisi 90 dəqiqə meydanda olub.  P.Paşayevə 45-ci dəqiqədə sarı vərəqə göstərilib.

Qeyd edək ki, İ qrupunda 5 turdan sonra 3 xalı olan Ukrayna təmsilçisi qrupdan çıxmaq şansını itirib.







Avroliqa