16 dekabr 2025. Çərşənbə axşamı

Qarabağ qrupda qaldı


  • Avroliqa
  • 07:18 29.11.2019
  • Oxunma sayı: 660
Qarabağ qrupda qaldı

Qarabağ bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Corner.az-ın məlumatına görə, Ağdam təmsilçisi V tur çərçivəsində səfərdə “Sevilya”nın qonağı olub.

A qrupunda 1-ci yeri təmin edən İspaniya klubu üçün qarşılaşma formal xarakter daşıyırdı. Ancaq "Qarabağ"ın taleyi bu görüşdən asılı idi.

Çünki qrupun digər görüşündə APOEL "Düdelanj"ə məğlub edərsə, ağdamlıların səfərdən ən azı 1 xalla qayıtması lazım idi. Təəssüf ki, Kipr klubu Lüksemburq səfərində qələbə qazanıb - 2:0. "Qarabağ" isə "Sevilya"ya məğlub olmaqla bu fürsəti əldən verib.

Avropa Liqası
Qrup mərhələsi, V tur
A qrupu
28 noyabr

“Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 2:0
Qol: Brayan Xil, 61. Munas Dabbur, 90+2.
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu.






Avroliqa