23 oktyabr 2024. Çərşənbə

Mançester Yunayted və Arsenal uduzdu, Beşiktaş'dan inamlı qələbə


  • Avroliqa
  • 07:28 29.11.2019
  • Oxunma sayı: 820
Mançester Yunayted və Arsenal uduzdu, Beşiktaş'dan inamlı qələbə
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Corner.az xəbər verir ki, bu turnirdə təmsilçimiz olan “Qarabağ” da növbəti oyununa çıxıb. Ağdam klubu səfərdə “Sevilya”nın qonağı olub və məğlub olaraq qrupda qalıb. Qrupun digər matçında APOEL səfərdə “Düdelanj”la üz-üzə gəlib və inamlı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.
 
Türkiyənin “Trabzonspor” klubu  “Xetafe”ni, “Beşiktaş” “Slovan”ı, “Başakşəhər” isə “Roma”nı qəbul edib. “Beşiktaş”ın əzmkar qələbə qazanıbsa digər Türkiyə klubları məğlub olub.
 
 “Arsenal” klubu Frankfurt “Ayntraxt”ını qəbul edib və uduzub. “Mançester Yunayted” isə “Astana” səfərində məğlub olub.
 
Millimizin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” “Volfsburq”la qarşılaşmadan xalsız ayrılıb.
 
Avropa Liqası
28 noyabr
 
L qrupu
 
Astana (Qazaxıstan) – Mançester Yunayted (İngiltərə) 2:1
Qol: Şomko, 55. Bernard, 62-öz qapısına – Linqard, 10.
 
Alkmaar (Hollandiya) – Partizan (Serbiya) 2:2
Qol: Druiyf, 88; 90+2 – Asano, 16. Soumah, 27.
 
C qrupu
 
Krasnodar (Rusiya) – Bazel (İsveçrə) 1:0
Qol: Ari, 72-pen.
 
Trabzonspor (Türkiyə) – Xetafe (İspaniya) 0:1
Qol: Mata, 50.
 
J qrupu
 
Başakşəhər (Türkiyə) – Roma (İtaliya) 0:3
Qol: Veretu, 30-pen. Kluyvert, 41. Dzeko, 45+1.
 
Volfsberq (Avstriya) – Borussiya (Münhenqladbax, Almaniya) 0:1
Qol: Ştindl, 60.
 
H qrupu
 
ÇSKA (Rusiya) – Ludoqorets (Bolqarıstan) 1:1
Qol: Çalov, 76 – Keseru, 66.
 
Ferentsvaroş (Macarıstan) – Espanyol (İspaniya) 2:2
Qol: Siqer, 23. Skvarka, 90+1-pen – Melendo, 31. Darder, 90+6.
 
G qrupu
 
Feyenoord (Hollandiya) – Reyncers (Şotlandiya) 2:2
Qol: Toornstra, 33. Sinisterra, 68 – Morelos, 53; 65.
 
Yanq Boyz (İsveçrə) – Portu (Portuqaliya) 1:2
Qol: Faasnaxt, 6 – Abubakar, 76; 79.
 
I qrupu
 
Aleksandriya (Ukrayna) – Volfsburq (Almaniya) 0:1
Qol: Veqorst, 45+1-pen.
 
Sent-Etyen (Fransa) – Gent (Belçika) 0:0
 
F qrupu
 
Arsenal (İngiltərə) – Ayntraxt (Frankfurt, Almaniya) 1:2
Qol: Obameyanq, 45+1 – Kamada, 55; 64.
 
Vitoriya (Portuqaliya) – Standard (Lyej, Belçika) 1:1
Qol: A.Pereyra, 45+2 – Lestyenn, 40-pen.
 
E qrupu
 
Seltik (Şotlandiya) – Renn (Fransa) 3:1
Qol: Morqan, 22. Kristie, 45+1. Conston, 74 – Hunu, 89.
 
Latsio (İtaliya) – ÇFR (Kluj, Rumıniya) 1:0
Qol: Korrea, 24.
 
B qrupu
 
Luqano (İsveçrə) – Kopenhagen (Danimarka) 0:1
Qol: Tomsen, 27.
 
Malmö (İsveç) – Dinamo (Kiyev, Ukrayna) 4:3
Qol: Benqtsson, 2. Rosenberq, 48; 90+6. Rakip, 57 – Mikolenko, 18. Tsiqankov, 39. Verbiç, 77.
 
D qrupu
 
Rusenborq (Norveç) – LASK (Avstriya) 1:2
Qol: Consen, 45 – Qoyqinger, 20. Frayzer, 54.
 
Sportinq (Portuqaliya) – PSV (Hollandiya) 4:0
Qol: Felipe, 9. Fernandes, 16; 64-pen. Mateu, 43.
 
A qrupu
 
Düdelanj (Lüksemburq) – APOEL (Kipr) 0:2
Qol: Matiç, 12-pen. Merkis, 43.
 
Sevilya (İspaniya) – Qarabağ (Azərbaycan) 2:0
Qol: Xil, 61. Dabbur, 90+2.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi