23 oktyabr 2024. Çərşənbə

Qarabağ qrupdan çıxmağa layiq idi - Lopeteqi


  • Avroliqa
  • 07:30 29.11.2019
  • Oxunma sayı: 441
Qarabağ qrupdan çıxmağa layiq idi - Lopeteqi

"Qarabağ"ın oyuna 5 müdafiəçi ilə çıxması mənim üçün gözlənilməz oldu. Açığı, buna təəccübləndik. Normalda 4 müdafiəçi ilə oynayırlar. Buna baxmayaraq oyunu yaxşı oxudular".

Corner.az-ın məlumatına görə, bunları "Sevilya"nın baş məşqçisi Xulen Lopetegi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.

53 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ" qrupdan çıxmağa layiq idi: "Müdafiədə iki səhvə yol verdilər. Daha çox müdafiə olunduqları üçün böyük qüvvə ilə hücuma çıxa bilmədilər. Ona görə də qol şansları az oldu. 

"Qarabağ" neçə ildir avrokuboklarda qrup mərhələsində çıxış edir. Milli çempionatlarında bütün rəqiblərindən bir baş üstündürlər. Ona görə də Avropada inamlı təsir bağışlayırlar. "Qarabağ" qrupdan çıxmağa layiq idi".(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi