23 oktyabr 2024. Çərşənbə

Qrupdan çıxaraq, azarkeşlərimizi və xalqımızı sevindirmək istəyirdik - Araz Abdullayev


  • Avroliqa
  • 09:13 29.11.2019
  • Oxunma sayı: 465
Qrupdan çıxaraq, azarkeşlərimizi və xalqımızı sevindirmək istəyirdik - Araz Abdullayev

"Bu gün ən azı bir xal qazanmaq istəyirdik. İlk yarıda yaxşı müdafiə olunduq, hücumlara da çıxırdıq. Ancaq bir top buraxandan sonra daha açılışdıq".

Corner.az-ın məlumata görə, bunları "Qarabağ"ın futbolçusu Araz Abdullayev UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Onun sözlərinə görə, "Sevilya" kimi komandaya qarşı açıq oynamaq çətindir: "Geri dönüş edə bilmədik. İlk qoldan sonra ən azı bir top vurmaq istəyirdik. Ümid vardı. "Qarabağ" belə rəqiblərlə oynayıb, "Atletiko" ilə hər iki matçda heç-heçə edib. Yenə bacara biləcəyimizi fikirləşirdik. Qrupdan çıxaraq, azarkeşlərimizi və xalqımızı sevindirmək istəyirdik. Burdan xal qazanıb hər şeyi son tura saxlamağı düşünürdük. Qarşıya baxmaq lazımdır".

Abdullayev deyib ki, Abdulla Zubirə qarşı qayda pozuntusu olduğu epizodda "Sevilya"ın qapısına penalti təyin etmək olardı: "Referi penalti vermədi. Belə komandalara qarşı çox hücum edə bilmirsən. Canlanma oldu, qol vurmaq istəyirdik. Onlar ikincini vurdu və hər şey bitdi. Biz də çalışırdıq ki, növbəti raunda yüksələk. Kimsə düşünə bilər ki, qrupumuz daha rahat idi. Ancaq digər rəqiblər də bizim səviyyəmizdə idi. Futboldur, qarşıya baxmaq lazımdır. Olan olub. Çalışacağıq ki, yenidən avrokubokda qrupa düşək".(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi