23 oktyabr 2024. Çərşənbə

Slovan'ın baş məşqçisindən Beşiktaş azarkeşlərinə ədəbsiz jest


  • Avroliqa
  • 12:36 29.11.2019
  • Oxunma sayı: 466
Slovan'ın baş məşqçisindən Beşiktaş azarkeşlərinə ədəbsiz jest

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda ötən gecə keçirilən “Beşiktaş”-“Slovan”  matçından (2:1) sonra xoşagəlməz hadisə baş verib.

Corner.az xəbər verir ki, görüşün final fitindən sonra qonaqların baş məşqçisi “Beşiktaş” fanatlarına tərəf əllə qeyri-etik jest edib və azarkeşləri söyüb.

Bunu görən “Beşiktaş”ın ehtiyat oyunçular skamyasında əyləşən futbolçuları Yan Kozaka hücum çəkib. Polislər münaqişənin böyüməsinə imkan verməyib. Kozak meydandan polisin müşaiyəti ilə çıxarılıb.

Qeyd edək ki, matçın 90+2-ci dəqiqəsində Lyayiçin penaltidən vurduğu qol “Beşiktaş”a qələbə qazandırıb. Bu məğlubiyyətlə Sovakiya təmsilçisi pley-offa çıxmaq şansını itirib.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi