5 dekabr 2025. Cümə

Türklərin problemi çox tez göylə getməkdi - Biliçin proqnozu


Türklərin problemi çox tez göylə getməkdi - Biliçin proqnozu

"Türkiyə millisinin seçmə mərhələdə göstərdiyi performans əla idi. Komanda sıfırdan zirvəyə yüksəldi".

Corner.az-ın məlumatına görə, bu sözləri "Vest Bromviç"in baş məşqçisi Slaven Biliç söyləyib.

"Beşiktaş"ın sabiq məşqçisi Türkiyə yığmasının AVRO-2020-nin final mərhələsindəki şanslarını dəyərləndirib. Xorvatiyalı mütəxəssis "ay-ulduzlular"ın yaxşı heyətlərinin olduğunu deyib: "Türkiyənin hazırda Avropa çempionatını səbirsizliklə gözlədiyini bilirəm. Komanda seçmə mərhələdəki səviyyəsini indi daha da yüksəltməlidi. AVRO-1996-da futbolçu kimi Türkiyəyə qarşı oynamışam. Həmin vaxtdan bəri ilk dəfə gənc Türkiyə yığmasını görürəm. Məsələn, mərkəz müdafiəçilərinin biri "Yuventus"da, biri "Lester"də, biri "Şalke"də oynayır. Çağlar İngiltərədə oynadığı üçün onu daha çox izləmək imkanım olur. Şenol Günəş əla iş görür və bu ona seçim etmək də çətinlik yaradacaq. Çünki əlində yaxşı heyəti var".

Biliç Türkiyənin A qrupundan çıxmaq şansını yüksək qiymətləndirib: "Avropa çempionatında təvazökar olmaq, ayaqları yerə sağlam basmaq və yalnız oyunlara köklənmək önəmlidi. Çox çalışmaq və taktiki intizam vacibdi. AVRO-2016-dakı oyundan dərs çıxarılmalıdı. Fransanı tarixində ilk dəfə məğlub edə bilərsiniz. Ancaq "İtaliyadan güclüyük" demək böyük səhv olar. Əlbəttə, Türkiyə İtaliyadan qorxmayacaq. Ancaq Türkiyə futbol ictimaiyyətinin ən böyük yanlışı çox tez göylə getməkdi. İstənilən sürprizə açıq qrupdu. Amma Türkiyənin növbəti mərhələ şansı çoxdu. Digər komandalardan isə İsveçrə önəmli oyunçulara malik möhkəm kollektivdi. Uelsin Beyl başda olmaqla çox yaxşı səviyyəli futbolçuları var".

Qeyd edək ki, A qrupunun oyunları iyunun 12-21-i aralığında Roma və Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionunda Uels - İsveçrə, Türkiyə - Uels və Türkiyə - İsveçrə oyunları baş tutacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb