- Avropa çempionatı
- 15:35 16.11.2025
Uels Futbol Assosiyasının nümayəndələri Azərbaycana gəlib.
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, rəsmilər Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək görüşləri ilə əlaqədar paytaxtımızdadırlar.
Bildirilir ki, iyunun 13-də İsveçrə, 4 gün sonra isə Türkiyə millisi ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək britaniyalıların nümayəndələri hazırlıq keçəcəkləri mümkün təlim-məşq bazalarına baxırlar. Uelslilər qrup mərhələsi çərçivəsində İtaliya ilə son oyuna qədər Bakıda məskunlaşacaqlar.