5 dekabr 2025. Cümə

Bakıya tez getmək üçün icazə almışıq - Vladimir Petkoviç


Bakıya tez getmək üçün icazə almışıq - Vladimir Petkoviç

"Mövcud vəziyyət yaxşıdı. Əvvəlkindən daha yaxşısını etmək imkanımız var və iradəmiz var. Gələcəyimlə bağlı qərarın fevral ayına qədər verilməsini istəyirəm".

Corner.az-ın məlumatına görə, bunu İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç deyib.

Təcrübəli mütəxəssis milli komandanın direktoru Pyerluici Tami ilə birlikdə mətbuat konfransı keçirib. Petkoviç yerli futbol assosiasiyası ilə AVRO-2020-nin sonuna qədər olan müqavilə müddətini uzadıb-uzatmayacaqlarına qarşıdakı aylarda aydınlıq gətirəcəklərini bildirib.

O, eyni zamanda A qrupunda qərarlaşacaqları Avropa çempionatı ilə bağlı fikirlərini də bildirib: "Addım-addım irəliləmək istəyirik. Turnirə uğurlu başlanğıc etmək və Bakıdakı ilk görüşdə qalib gəlmək vacibdi. Əlbətdə ki, hər matçda qələbə qazanmaq istəyirik. UEFA ilə intensiv müzakirələrdən sonra ilk oyundan 5 gün əvvəl Bakıda olmağımız üçün icazə aldıq. Bu, bizə uyğunlaşma imkanı verəcək. Bakı və Roma iqlim cəhətdən oxşardı. Turnir zamanı əsas baza düşərgəmiz Romada olacaq".

Qeyd edək ki, İsveçrə millisi oyunlarının Bakı və Romada keçiriləcəyi A qrupunda Uels, İtaliya və Türkiyə ilə qarşılaşacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb