26 noyabr 2024. Çərşənbə axşamı

UEFA-dan Türkiyə millisinə əsgər salamı cəzası


UEFA-dan Türkiyə millisinə əsgər salamı cəzası
UEFA futbol üzrə Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarını açıqlayıb.

Corner.az xəbər verir ki, qitə futbol qurumu bu məsələ ilə bağlı qardaş ölkə yığmasının üzvlərini qınayıb, həmçinin Türkiyə Futbol Federasiyasını 50 min avro məbləğində cərimələyib.
 
Türkiyə millisinin futbolçuları Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya ilə ev (1:0) və Fransa ilə səfər oyununda (1:1) vurduqları qolları əsgər salamı ilə qeyd etmişdilər. UEFA isə bununla əlaqədar sözügedən komandaya qarşı intizam işi başlandığını bəyan etmişdi.
 
Artıq bununla bağlı yekun qərar açıqlanıb. UEFA-nın yaydığı məlumatda bildilir ki, əsgər salamı verən futbolçular - Merih Demiral, Umut Meraş, Burak Yılmaz, Mert Günok, Zeki Çelik, Cenk Tosun, Mahmut Tekdemir, Uğurcan Çakır, Yusuf Yazıcı, Hakan Çalhanoğlu, Okay Yokuşlu, Ozan Tufan, Sinan Bolat, Emre Belözoğlu, Deniz Türüç və İrfan Can Kahveciyə qınama cəzası verilib.

 
Qeyd edək ki, Türkiyə millisi Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb. Sözügedən komanda qitə birinciliyinin qrup mərhələsindəki iki matçını Bakıda keçirəcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Bakı Olimpiya Stadionunda keçiriləcək.






Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb