5 dekabr 2025. Cümə

Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik - Altıntop


Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik - Altıntop

Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop ölkəsinin mətbuatına açıqlama verib.

Corner.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvü yığma komandanın Avro-2020-dəki şanslarını dəyərləndirib: "Yaxşı qrupa düşmüşük. Açılış oyununda meydana çıxmaq mənalıdır. Bu, reklam baxımından da önəmlidir və əlavə motivasiya verə bilər. Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik. Komandanın irəliləməsi çox önəmlidir. 6 qrupdan 3-cü yeri tutan komandalardan 3-ü növbəti mərhələyə adlayacaq. Kağız üzərində olduğu kimi, inşallah, qrupdan çıxarıq".

Xatırladaq ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsi çərçivəsində iki oyununu Bakıda keçirəcək. Komanda iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.(qol)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb