18 dekabr 2025. Cümə axşamı

Azərbaycanlı qardaşlarımızın dəstəyi ilə Uembli'də final oynayacağıq


Azərbaycanlı qardaşlarımızın dəstəyi ilə Uembli'də final oynayacağıq

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem  Kasapoğlu  ölkəsinin futbol millisinin Avro-2020-dəki şanslarını dəyərləndirib.

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yığmanın qrup mərhələsinə keçəcəyinə inandığını deyib:  “Milli komandamızın “Avro-2020″nin seçmə mərhələsində zəfəriylə iddiamız artdı. Mən millimizin Azərbaycan xalqının dəstəyilə qrup səddini keçəcəyinə, hətta “Uembli”də final oynayacağına inanıram. Bizim üzərimizə düşən bu yolda millimizə hərtərəfli dəstək olmaqdır. Bu, hamımızın komandasıdır və bu yığmaya sahiq çıxmalıyıq".

Xatırladaq ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsi çərçivəsində iki oyununu Bakıda keçirəcək. Komanda iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.(qol)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb