22 aprel 2026. Çərşənbə

Avro-2020-nin ən populyar şəhərləri - Bakı TOP-5'də


Avro-2020-nin ən populyar şəhərləri - Bakı TOP-5'də

Dünyanın ən böyük otel rezervasiya sistemlərindən olan "Booking.com" istifadəçilərin axtarış sorğularına əsasən, "Avro-2020"-nin ən populyar şəhərlərinin sıralamasını tədim edib.

Corner.az xəbər verir ki, ilk 5-likdə paytaxt Bakı da yer alıb.  Paytaxtımız siyahının 4-cü pilləsində qərarlaşıb.  

Bakı bu nəticə ilə Sankt-Peterburq, Roma və Kopenhagendən geri qalsa da, final mərhələsinin görüşlərini qəbul edəcək London Amsterdam, Berlin və Bilbao kimi şəhərləri qabaqlayıb. "TOP-5"liyi  Dublin qapayıb.

Bundan əlavə "Avro-2020"nin qrup mərhələsinin ən çox maraq dairəsində olan oyunlarının siyahısı da açıqlanıb. Bakıda keçiriləcək Uels - İsveçrə qarşılaşması 2-ci olub. Sözügedən görüş 13 iyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu sıralamada isə birinci Kopenhagendə oynanılacaq Danimarka - Finlandiya görüşü olub. 

Qeyd edək ki, paytaxtımızda qrup mərhələsi çərçivəsində  iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matlçarı keçiriləcək. Eləcə də 1/4 finalın 1 oyunu da Bakıda olacaq (Report).







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb