22 aprel 2026. Çərşənbə

Kosovo Futbol Federasiyasının prezidenti həbs olundu


Kosovo Futbol Federasiyasının prezidenti həbs olundu

Kosovo Futbol Federasiyasının (FFK) prezidenti Aqim Ademi həbs edilib.

Corner.az AP-yə istinadən xəbər verir ki, Ademi rüşvət verməyə cəhd etdiyi üçün 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Kosovo Apellyasiya Məhkəməsinin çıxardığı hökm iyulda paytaxt Priştinanın məhkəməsinin qərarını qüvvədə saxlayıb. İstintaq versiyasına əsasən, 2012-ci ilin iyuluda Ademi və dostu çalışıblar ki, iş ortağını daşınmaz əmlakla bağlı saxta sənədlər müqabilində Priştinadakı bələdiyyə işçisini 30 min avro ödəməyə və ya maşın almağa məcbur etsinlər. 

Qeyd edək ki, Aqim Ademi FFK-nın sabiq rəhbəri Fadil Vokrrinin qəfil vəfatından sonra - 2018-ci ildə qurumun prezidenti olub. O, əvvəllər federasiyanın vitse-prezidenti vəzifəsini icra edirdi. Kosovo millisi 2018-ci ildə Millətlər Liqasında Azərbaycanla eyni qrupda mübarizə aparıb. Bakıda 0:0 hesablı heç-heçəyə, Priştinada isə 4:0 hesablı qələbəyə nail olan bu ölkəni yığması ümumilikdə 14 xalla qrup qalibi kimi "pley-off"a yüksəlib.(report)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb