- Avropa çempionatı
- 15:35 16.11.2025
Türkiyə millisi növbəti itki ilə üzləşib.
Corner.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Ozan Kabak sıradan çıxıb.
"Şalke"də çıxış edən 20 yaşlı futbolçu Bundesliqanın 24-cü turunda "Köln"lə matçın (0:3) 29-cu dəqiqəsində zədələnərək meydanı tərk edib. Bu gün tibbi müayinədən keçən gənc futbolçunun təqribən 9 - 12 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Türkiyə millisinin heyətində Ozan Kabakdan əvvəl Merih Demiral, Yusuf Yazıcı və Cenk Tosun da sıradan çıxıb.