Azərbaycanda ev sahibi kimi iki oyunumuz olacaq - Arda Turan
Türkiyə millisinin sabiq futbolçusu Arda Turan “ay-ulduzlular”ın Avro-2020-nin pley-off mərhələsinin iki oyununu Bakıda keçirəcəyinə münasibət bildirib.
Corner.az xəbər verir ki, o, “Milliyet”ə müsahibəsində belə bildirib: “Azərbaycanda ev sahibi kimi iki oyunumuz olacaq. Rəqiblərimizdən olan İtaliya da seçmə mərhələdə yaxşı çıxış edib, 10 oyunun hamısında qələbə qazanıblar. Komandamıza çox güvənirəm və müvəffəqiyyətli olacaqlarına inanıram”.Qeyd edək ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. Komanda iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.