5 dekabr 2025. Cümə

UEFA təsdiqlədi: Avro-2020 təxirə salınır


UEFA təsdiqlədi: Avro-2020 təxirə salınır

Hazırda UEFA AVRO-2020-nin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınması üzərində çalışır. 

Corner.az-ın məlumatına görə, bu barədə qitə futbol qurumunun rəsmisi Evelina Kristillin açıqlama verib.

Daha əvvəl "L Equipe" nəşri Avropa çempionatının 2021-ci ilədək təxirə salınacağını yazıb. Rəsmi qərar martın 17-də qəbul olunacaq. 

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidir. (report)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb