5 dekabr 2025. Cümə

UEFA AVRO-2020-ni təxirə saldı + YENİLƏNİB


UEFA AVRO-2020-ni təxirə saldı + YENİLƏNİB

Bu yay Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan AVRO-2020 təxirə salınıb.


Corner.az xəbər verir ki, bu barədə turnirin Sankt Peterburqdakı mətbuat xidmətinin "Tvitter" səhifəsi məlumat yayıb. Turnirin gələn il 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bildirilib.

***
Norveç Futbol Federasiyasının saytı Avro-2020-nin təxirə salınması barədə məlumat yayıb. UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransında Norveç də təmsil olunub. Turnirin 2021-ci ilə keçiriləcəyi bildirilib.

UEFA-nın da gün ərzində qərarı elan edəcəyi gözlənilir.

***


Corner.az xəbər verir ki, bu barədə "New York Times" nəşrinin müxbiri Tariq Panca məlumat yayıb.

İddiaya görə, bu barədə qərar UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşündə elan olunub.

Rəsmi qərarın UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunacağı bildirilib. Saat 18:00-da isə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Qərara əsasən, turnir gələn ilin yayında təşkil olunacaq.(report)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb