5 dekabr 2025. Cümə

UEFA səhvə görə üzr istədi


UEFA səhvə görə üzr istədi

Bu il təxirə salınan Avro-2020-nin adı hələ tam müəyyənləşməyib.
 
Corner.az xəbər verir ki, bu barədə UEFA-nın "Tvitter" səhifəsi məlumat yayıb.
 
Bildirilir ki, ötən gün  “Tvitter” hesabında  qitə birinciliyinin 2021-ci ildə keçirilməsinə baxmayaraq, elə Avro-2020 adlandırılacağı xəbəri yanlışdır:

 “Buraxılmış səhvə görə üzr istəyirik. Təxirə salınmış Avropa çempionatının necə adlanacağı ilə bağlı hələ heç bir qərar verilməyib. Əvvəlki tvit səhvən yazılmışdı".
 
Qeyd edək ki, UEFA koronavirus pandemiyası ilə əlaqədar “Avro-2020”ni gələn ilin yayına kimi təxirə salıb. Yarışın 11 iyun - 11 iyulda keçiriləcəyi nəzərdə tutulub.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb