5 dekabr 2025. Cümə

Millinin baş məşqçisi maaşının azaldılmasına razı oldu


Millinin baş məşqçisi maaşının azaldılmasına razı oldu

Norveç millisinin baş məşqçisi Lars Laqerbek məvacibinin 20 faiz azaldılmasına razılıq verib.

Corner.az xəbər verir ki, o, aprel ayından etibarən maaşını 20 faiz güzəştlə alacaq. Bu barədə TMW məlumat yayıb.

71 yaşlı isveçli mütəxəssisin belə bir qərar verməsinə bütün dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar yaranmış böhran səbəb olub. Laqerbekin rəhbərlik etdiyi məşqçilər korpusunu digər üzvləri də müqavilələrinin sonuna kimi eyni qaydada güzəştə razı olublar.

Qeyd edək ki, Laqerbek 2017-ci ildən Norveç yığmasının baş məşqçisidir.(qol)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb