- Avropa çempionatı
- 20:40 06.02.2026
Uruqvay Futbol Assosiasiyası (AUF) millinin baş məşqçisi Oskar Tabareslə yollarını ayırıb.
Corner.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 73 yaşlı mütəxəssis koronavirus pandemiyasına görə istefaya göndərilib. Tabareslə yanaşı, AUF-un 400 əməkdaşı da işindən azad olunub.
Qeyd edək ki, Oskar Tabares 2006-cı ildən Uruqvay millisini çalışdırırdı .